"Sumqayıt" Şimali Makedoniya yığmasının oyunçusunu transfer etdi

11 Sentyabr 2023 20:40 Sumqayıt 614
"Sumqayıt" Şimali Makedoniya yığmasının oyunçusunu transfer etdi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt"daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Şimali Makedoniyanın "AP Brera" klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb.

24 yaşlı cinah oyunçusu "18" nömrəli formada çıxış edəcək.

Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın "Breqalnitsa" və "AP Brera" klublarında çıxış edib. Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.

Digər Xəbərlər
Xəbər Lenti