
“Azərbaycanla bağlı illkin təəssüratlarım əladır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın Fil Dişi Sahilindən olan müdafiəçisi Abu Dosso deyib.
“Gənclik şəhəri” təmsilçisi son mövsümü İsraildə - “Bney Saxnin”də keçirmiş afrikalı ilə 1+1 illik müqavilə imzalayıb.
27 yaşlı cinah müdafiəçisi peşəkar karyerası ərzində İsraildə 3 klubun - “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin”in formasını geyinib.
Dosso Sumqayıtda isti qarşılandığını söyləyib:
“Şəhər çox gözəldir. İnsanların xeyirxah olduğu görünür. Burada özümü yaxşı hiss edirəm. Ümidim var ki, hər şey belə davam edər” (gülür).