
Premyer Liqaya uğurlu start verən “Sumqayıt”ın düşərgəsinə yeni sima qoşulub.
Söhbət Şimali Makedoniyadan olan legioner Kristian Velinovskidən gedir.
Bu gün komandada ilk məşqinə çıxan vingerlə rəsmi anlaşma yaxın günlərdə imzalanacaq.
Gənclər millisinin sabiq üzvü olan 24 yaşlı futbolçu ölkəsində "Brera” klubunun şərəfin qoruyub.
O, yerli klubda meydana çıxdığı 116 matçda 15 qol, 15 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ