
Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən «Sumqayıt» - «Neftçi» matçından (1:0) sonra gözlənilməz hadisə yaşanıb.
«CBC Sport»un xanım əməkdaşı «kimyaçılar»ın baş məşqçisi Samir Abasovdan müsahibə alarkən, stadionun işıqları qəfildən sönüb.
«Kapital Arena» tamamilə qara rəngə büründüyündən, canlı efirdə bir neçə saniyəlik fasilə yaranıb.
Tribunalar tərk etməyə hazırlaşan azarkeşlər bu zaman Abasovun lehinə, işıqları söndürənlərin əleyhinə şüarlar səsləndirib. Daha sonra çalışdırıcı bu vəziyyətdə sualları cavablandırmağa davam edib.
Görüntülər sosial şəbəkələrdə geniş yayılıb, hadisənin qəsdən törədilməsi, yoxsa texniki nasazlıq ucbatından baş verməsi ətrafında müzakirələrə səbəb olub.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: