Çad millisinin hücumçusu "Sumqayıt"da - 1 illik müqavilə

1 Sentyabr 2023 17:20 Sumqayıt 860
Çad millisinin hücumçusu "Sumqayıt"da - 1 illik müqavilə

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

"Gənclik şəhəri" təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, komanda son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasmir Ninqa ilə 1 illik müqavilə imzalayıb.

30 yaşlı cinah hücumçusu 11 nömrəli formada çıxış edəcək.

Kasmir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə) və “Anortosis” (Kipr) klublarında çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti