“Sumqayıt”dan ürəyə rahatlıq verən XOŞ GÖRÜNTÜLƏR - VİDEO

31 Avqust 2023 23:00 Sumqayıt 919
“Sumqayıt”dan ürəyə rahatlıq verən XOŞ GÖRÜNTÜLƏR - VİDEO

Sumqayıt Futbol Akademiyasında yay fasiləsi bitib.

Burada futbolun sirlərini öyrənən uşaqlara təxminən 1 ay dincəlmək fürsəti verilmişdi.

İstirahətdən qayıdan sonuncu qrup təməl qrupu olub.

Söhbət 4-8 yaş arası uşaqlardan gedir.

Bununla da akademiya komandalarının istifadəsində olan “Kapitan Bank Arena”nın 3-cü meydançası, kiçik ölçülü digər 3 meydançada səs-küylü həyat öz axarına qovuşub.

Məşqçilər futbolun sirlərini tələbələrinə öyrədir, tribunlara cəm olan çox sayda valideyn isə kənardan övladlarının məharətinə tamaşa edir.

Valideynlər demişkən...

Onlar haqqında bir məqamı xüsusi qeyd etməmək olmaz.

Belə ki, adətən məşqçilər onların kənardan yerli-yersiz müdaxiləsində şikayət edir.

Amma burada elə ortam yaradılıb ki, ciddi müdaxilədən söhbət belə gedə bilməz.

XANOĞLAN / SPORTİNFO.AZ

Yazdıqlarımızı özündə əks etdirən görüntülərə aşakıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti