
"Sumqayıt" bu mövsüm Premyer Liqada ilk ev matçına həftəsonu çıxacaq.
Rəqib Bakının "Neftçi" komandasıdır.
Azarkeşlər qarşılaşmaya böyük maraqla hazırlaşır
Lakin bakılılarla qarşılaşmanın keçiriləcəyi "Kapital Bank Arena" haqqında eyni sözləri demək olmaz.
Arenanı ilk ev matçına tam hazır saymaq olmaz.
Belə ki, stadionda olan əməkdaşımız meydançanın ot örtüyünün yararsız hala düşməsinə şahid olub.
Hər zaman ideal durumu ilə diqqət çəkən meydançanın əksər yerində torpaq qatı üzə çıxıb.
Qazonda saralma, hissələrə parçalanma açıq-aşkar görünür.
Hətta əsas komanda "ağ qaralar"la görüşə ehtiyat meydançada hazırlaşır.
Əsas meydançanın örtüyünə xüsusi nəzarət olunur ki, qarşılaşmaya kimi nisbət normal duruma gətirmək mümkün olsun.
SPORTİNFO.AZ
Adıçəkilən məkandan çəkilmiş videoya aşağıdakı linkdə baxa bilərsiniz: