“Xəzər Lənkəran”la başlayan... “Sumqayıt”da xoş hadisə

28 Avqust 2023 11:20 Sumqayıt 1 361
“Xəzər Lənkəran”la başlayan... “Sumqayıt”da xoş hadisə

“Sumqayıt” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının IV turuna təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə fərqlənən Rövlan Muradov komandasının ölkə çempionatlarında 350-ci qolunun müəllifi olub.

Bu qol 367-ci matçda reallaşıb. Sumqayıtın eyniadlı komandasının orta məhsuldarlığı 0,95-dir. 350 qoldan 181-i evdə, 169-u səfərdə vurulub.

“Sumqayıt” ilk qolunu 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında rəqib qapısından keçirib. 1:2 hesabı ilə uduzan “kimyaçılar”ın heyətində Eşqin Quliyev fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti