“Hamımız can qoyuruq” - “Sumqayıt”ın uğurlu başlanğıcının sirri

25 Avqust 2023 19:00 Sumqayıt 717
“Hamımız can qoyuruq” -  “Sumqayıt”ın uğurlu başlanğıcının sirri

“Mövsümə iki qələbə ilə başlamaq xoş haldır.

Uğurlu çıxışın davamını gətirməliyik”.

“Sumqayıt”ın futbolçusu Rövlan Muradov Sportinfo.az-a açıqlamasında komandasının “Qəbələ” üzərində qazandığı qələbəni şərh edib.

Yayda ciddi dəyişikliklərə məruz qalan “kimyaçılar” yeni mövsümə uğurlu start verib.

Samir Abasovun qurduğu komanda “Səbail”i 4:1 hesabı ilə məğlub edəndən sonra “Qəbələ”ylə səfər matçından da 3 xalla qayıtdı – 2:1.

İki oyunda vurduğu 1 qol, verdiyi 3 məhsuldar ötürnə ilə diqqətləri üzərinə çəkməyi bacaran Muradov uğurlu çıxış haqda bunları deyib:

“Qeyri-adi heç nə etmirik. Sadəcə, baş məşqçinin tapşırıqlarına diqqətlə qulaq asıb, meydanda yerinə yetirməyə çalışırıq.

Komandada ab-hava yüksək səviyyədədir, sağlam mühit var. Hamı bir nəfər kimi meydanda canını qoyur.

İki qələbə ilə arxayınlaşmaq olmaz. Bunun davamını gətirmək lazımdır. “Araz-Naxçıvan”la matça ciddi hazırlaşırıq.

Məşqçilər heyəti əvvəlki oyunlarda yol verdiyimiz səhvləri diqqətimizə çatdırır. Çalışmalıyıq ki, onları aradan qaldıraq”.

Avqustun 25-də Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşması saat 20:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti