Fil Dişi Sahilindən olan müdafiəçi Azərbaycan klubunda

23 Avqust 2023 00:30 Sumqayıt 695
Fil Dişi Sahilindən olan müdafiəçi Azərbaycan klubunda

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü İsrailin “Bney Saxnin” klubunda çıxış etmiş Fil Dişi Sahilindən olan Abu Dosso ilə 1+1 illik müqavilə imzalayıb.

27 yaşlı cinah müdafiəçisi “12” nömrəli formada çıxış edəcək.

Abu Dosso peşəkar karyerası ərzində İsrailin “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti