Tanınmış azərbaycanlı məşqçi özünə yeni komanda tapdı

21 Avqust 2023 11:20 Sumqayıt 3 372
Tanınmış azərbaycanlı məşqçi özünə yeni komanda tapdı

Millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi Kamal Quliyevin bekar günləri arxada qalıb.

O, doğma şəhərində yeni işə başlayıb.

Yerli mütəxəssislərə qucaq açan «Sumqayıt» bu dəfə ona vəzifə tapşırıb. Quliyev Gənclər Liqasında mübarizə aparacaq 19 yaşlılardan ibarət komandanın sükanı arxasına gətirilib.

Kamal bəy 2 ildən çox idi sevimli peşəsindən uzaq düşmüşdü. Ona kimi «Şamaxı»da Tərlan Əhmədovun məşqçi korpusunda yer alırdı.

Quliyev 2012-2014-cü illərdə «Neftçala»nı çalışdırıb. Bu aran komandasıyla ardıcıl iki mövsüm I Divizionun çempionu olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti