"O, klubumuzun transfer siyahısında yer almayıb"

19 Avqust 2023 17:40 Sumqayıt 1 359
"O, klubumuzun transfer siyahısında yer almayıb"

"Sumqayıt" Şimali Makedoniyadan "Şkupi"nin futbolçusu Valid Həmidi ilə anlaşmayııb.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib.

Onun sözlərinə görə, əlcəzairli hücumçu ilə müqavilə imzalanacağı haqda xarici media orqanlarında yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Biz onunla danışıqlar aparmamışıq. Çünki klubumuzun transfer siyahısında yer almayıb".

Son iki mövsümü "Şkupi"də keçirən 27 yaşlı forvard 70 oyuna 7 qol vurub. O, daha əvvəl ölkəsinin "MC Oran", "ASM Oran" və "JSM Skikda" komandalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti