“Çox sevirlər və biz onları xoşbəxt etmək üçün...”

14 Avqust 2023 23:20 Sumqayıt 802
“Çox sevirlər və biz onları xoşbəxt etmək üçün...”

“Bilirəm ki, azarkeşlər klubu çox sevirlər və biz onları xoşbəxt etmək üçün hər şey eləmək istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yeni transferi Erik Sorqa deyib.

Yay fasiləsində “kimyaçılar”la 2 illik müqavilə imzalayan estoniyalı hücumçu bildirib ki, Sumqayıt futbol şəhəridir:

“İlk çıxdığım məşqdən sonra artıq mənimlə xatirə fotosu çəkdirən azarkeşləri görmək mümkün idi.

Həmin azarkeşlərə nə söz verirəm? Onlara demək istərdim ki, avrokuboklara çıxmaq üçün özümüzdən asılı hər şeyi meydanda verəcəyik..

Şəxsən mən, əlbəttə ki, komandanın qələbə qazanmasına kömək edəcək qolları vurmaq istərdim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti