“Sumqayit”a gələn yeni legioner “Sportinfo”ya nələr söylədi?

11 Avqust 2023 20:40 Sumqayıt 1 097
“Sumqayit”a gələn yeni legioner “Sportinfo”ya nələr söylədi?

"Sumqayıt" yeni mövsümə fırtına kimi başladı. "Səbail"in qonağı olan "kimyaçılar" ilk matçdaca darmadağına sevinə bildilər - 4:1.

oyunun ən yaxşılarından olan yeni transfer Roi Kehat parlaq qələbə barədə Sportinfo.az-a müsahibə verib.

İsrailli yarımmüdafiəçi debütundan danışıb, qələbəni şərh edib və gələcək planlardan söz açıb.

- Qələbə təəssüratların necədir?

- Nəticəyə görə çox şadam. Əsas hədəfimiz mövsümə qələbə ilə başlamaq idi.

- Darmadağın və parlaq futbolla mövsümə start verdiniz. Belə başlanğıc gözləyirdin?

- Əlbəttə ki, qeydə alınmış hesab əladır, amma düşünürəm ki, oyunun böyük hissəsi qarşılıqlı mübarizə şəraitində keçdi. Biz birinci hissəyə çox yaxşı başladıq, amma hissənin sonunda temp dəyişdi, ikinci hissədə “Səbail” hesabı bərabərləşdirdi, amma özümüzə tez gəldik və sürəti dəyişdik. Qısa zamanda iki qol vuraraq oyunu qaytardıq.

- Debüt matçında özündən razı qaldın?

- Bəli, düşünürəm ki, meydanda olduğum dəqiqələrin çoxunu yaxşı oynadım. Əsas hədəfim gələcəkdə 90 dəqiqə ərzində yaxşı performans göstərməkdir. Komandaya cəmi iki həftə əvvəl gəldim və yenidən formamı bərpa edirəm.

- Qısa müddətdə komandaya adaptasiya olduğun açıq sezilirdi. Bunu necə bacardın?

- Bunun üçün bütün kluba, ilk növbədə məni səmimi qarşılayan futbolçulara, baş məşqçi və heyətə təşəkkür edirəm. Ətrafımdakı bütün insanlar ehtiyacım olan hər şeydə mənə dəstək olurlar.

- "Səbail"ə qarşı mübarizə apardın. Digər rəqiblərin də ilk matçın yəqin ki, izlədin. Ümumi olaraq Premyer Liqa haqqında nələr deyə bilərsən?

- Ümumiyyətlə, bir neçə oyuna baxdım, hələ bu barədə çox şey deyə bilmərəm, amma vaxt keçdikcə daha çox oyun izləyəcəyəm və oynayacağam, o zaman daha ətraflı danışa bilərəm.

- Rəhbərlik qarşınıza hər hansı hədəf qoyubmu?

- Biz oyundan-oyuna gedirik, düşünürəm ki, əlbəttə ki, mümkün qədər yüksək yerlərdə olmaq istəyəcəyik, amma indi konkret məqsəd qoymamışıq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti