"Sumqayıt" daha bir yerli futbolçu ilə güclənə bilər.
Əldə etdiyimiz məlumata görə, baş məşqçi Samir Abasov "Sabah"dan Ceyhun Nuriyevin icarəyə götürülməsini istəyib.
Lakin qarşı tərəf bu təklifə isti yanaşmır. Amma danışıqlar tam da dayandırılmayıb.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm 1 dəqiqə belə meydana çıxmayıb.
Azərbaycan millisinə də dəvət alan futbolçu 2022/23 mövsümü isə 26 görüşdə meydana çıxıb və 2 qol, 4 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

