Açılış həftəsinin sitatını Samir Abasovdan eşitdik.
Dilinin altında «sərhəd keçid məntəqəsi» olmayan «Sumqayıt»ın baş məşqçisi elə ilk turdan sonra dedi ki, medallar uğrunda mübarizəyə girişməyə dəyməz, ilk üç pillə artıq bölüşdürülüb.
O. ad çəkmədi, ancaq söhbətin «Qarabağ», «Neftçi» və «Sabah»dan getməsi aydındır.
Abasov ictimaiyyətə, eləcə də, digər klublarda çalışan həmkarlarına duyurdu ki, ay camaat, gəlin, özümüzü boş yerə öldürməyək, o yerlərdən gözümü çəkək.
Doğru sözə nə deyəsən?! Mən Samir Abasovun söylədiklərini, əslində, etiraf kimi görmürəm.
İşdir, adam indi başqa söz, sonra 180 dərəcə əksini desəydi, deyərdim ki, nala-mıxa vurur. 2021-ci ildə «Neftçi»ni çempion eləmiş məşqçi bu gün «Sumqayıt»da çalışmasının fərqindədir və başa düşür ki, komandasının potensialı nəyə çatır, nəyə çatmır.
Uzaqbaşı, çempionatda dördüncü yerə əlcək ata bilərlər. Bir də kubokda nəyəsə ümid bəsləmək olar.
Belə deyim ki, yayın qızmar havasını udan «Sumqayıt» heç də pis komanda təsiri bağışlamır. Budəfəki legionerlər öncəkilərin tayına oxşamır.
İlk beşlik üçün döyüşəcəyini açıqlayan «Səbail»ə Bayılda 4 qol vurmaq, öz aramızdır, hər oğulun da işi deyil. İkinci hissədə ev sahiblərinin qapısını aşsüzənə döndərdilər.
Demək ki, Abasov böyük ölçüdə yenilənmiş komandasıyla mövsümün sürpizi olmağa şansılıdır.
Rövlan Muradovla Səbuhi Abdullazadənin ağıl dolu qollarını izləmək, doğrudan da, zövq verdi.
MUSA

