“Darıxmayın, nə qədər qol vuracağımı mövsümün sonunda görəcəyik”

5 Avqust 2023 17:40 Sumqayıt 1 393
“Darıxmayın, nə qədər qol vuracağımı mövsümün sonunda görəcəyik”

“Bu mövsüm əsas vəzifəm klubun avrokuboklara çıxmasına kömək etməkdir”.

“Sumqayıt”ın yeni transferi Erik Sorqa Sportinfo.az-a açıqlamasında belə deyib.

Estoniyalı forvard bildirib ki, Premyer Liqanı dərindən analiz edib:

“Ötən çempionatın oyunlarını izləmişəm. Futbolçuların bir çoxunu qiyabi də olsa, tanıyıram.

Qarşıma neçə qol vurmaq məqsədi qoymuşam? Darıxmayın, nə qədər qol vuracağımı mövsümün sonunda görəcəyik.

“Sumqayıt”da mənə böyük ümidlər var. Qolçuluq bacarığımı hər kəsə göstərəcəm”.

“Gənclik şəhəri” təmsilçisi son mövsümü Bolqarıstan “Lokomotiv”ində (Plovdiv) keçirmiş hücumçu ilə 1+1 illik müqavilə imzalayıb.

Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-ın “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub.

24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti