“Bu yay etdiyimiz transferlərlə komandanı xeyli gücləndirə bildiyimizi düşünürük”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın icraçı direktoru Faiq Hacı-Məhərrəmov deyib.
“Gənclik şəhəri” təmsilçisi bu gün Premyer Liqada növbəti sezona start verəcək. Ilk turda “Səbail”in qonağı olacaqlar.
F.Məhərrəmov yüksək yerlər uğrunda mübarizə məqsədilə çempionata başlayacaqlarını bildirib:
“Heyətimiz birmənalı şəkildə ötənilkindən fərqlənir. Yaxşı futbolçular gətirmişik.
Çalışmışıq ki, bu yay işimizi daha ehtiyatlı görək, seçimdə səhvlərə yol verməyək
. Hələ transfer əməliyyatlarını bitirməmişik. Ola bilsin, daha 1-2 legioner gəlsin.
“Sumqayıt”ın bu il iddialı olmasını istəyirik. Bunu futbolçulara da izah etmişik.
Çempionata yaxşı start götürüb, növbəti həftələrdə da bu uğurun davamını gətirmək niyyətindəyik. Biz məşqçilərimizə, komandamıza inanırıq”.

