“Sumqayıt” bu gün Premyer Liqada yeni mövsümə start verəcək.
“Kimyaçılar” Bayılda “Səbail”in qonağı olacaq.
“Gənclik şəhəri” təmsilçisi matçdan öncə bir araya gəlib. Kollektiv üçün restoranlardan birində məclis düzənlənib.
Klub prezidenti Riad Rəfiyevin iştirakıyla təşkil olunan ziyafətdən sonra xatirə şəkili çəkilib. Bu zaman Samir Abasovun hərəkəti diqqətdən yayınmayıb.
Baş məşqçi sankı digərlərindən fərqlənmək, yaxud kimlərəsə öz narazılığını göstərmək üçün eyni sırada dayandığı şəxslərdən bir addım irəli çıxıb, sinəsini irəli verib.
SPORTİNFO.AZ

