"Sumqayıt" icarəyə götürdü - Belçika klubunun yarımmüdafiəçisini

3 Avqust 2023 19:30 Sumqayıt 737
"Sumqayıt" icarəyə götürdü - Belçika klubunun yarımmüdafiəçisini

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müqavilə ilə Belçikanın "Vesterlo" klubuna məxsus olan Burundi yığmasının üzvü Tresor Mossini 1 illik icarəyə götürüb.

Ölkəsinin "Aigle Noir" komandasının yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi karyerası ərzində Lüksemburqun "Kerjenq" və Belçikanın "Vesterlo" klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti