Azərbaycan klubunun yeni legionerındə CİDDİ PROBLEM ÜZƏ ÇIXDI - Məsuliyyətsizlik

2 Avqust 2023 11:40 Sumqayıt 2 697
Azərbaycan klubunun yeni legionerındə CİDDİ PROBLEM ÜZƏ ÇIXDI - Məsuliyyətsizlik

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt”ın yenicə sıralarına qatdığı legionerdə ciddi problem üzə çıxıb.

Müqavilə ilə "ÇSKA 1948"ə məxsus olan Oktavio Mantekanı 1 illik icarəyə götürən “kimyaçılar” uzun müddət onun xidmətindən istifadə edə bilməyəcək.

"Botafoqo"nun yetirməsində xroniki zədə aşkarlanıb. Braziliyalı yarımmüdafiəçinin hazırlıq prosesini tərk etməsi Samir Abasovu hiddətləndirib.

Baş məşqçinin təkidi ilə “sambaçı” müayinədən keçirilib və üzücü fakt məlum olub.

Demə, cənubi amerikalı ilə icarə müqaviləsi zamanı imzalanarkən, tibbi prosedur aparılmayıb. Abasov məsuliyyətsiz davranan rəsmiləri möhkəm danlayıb.

Oktavio Manteka karyerası ərzində İtaliyanın "Fiorentina", Belçikanın "Berşxot", Bolqarıstanın "Beroe", "Lokomotiv Sofiya" və "ÇSKA 1948" kimi klublarında çıxış edib.

“Gənclik şəhəri” təmsilçisi Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa, Roi Kahat və İsa Sulimanı da heyətinə qatıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti