“AFFA yoxladı, pulumuzu ödədi, problem həll olundu”

1 Avqust 2023 16:00 Sumqayıt 1 081
“AFFA yoxladı, pulumuzu ödədi, problem həll olundu”

“Klubumuzun üzləşdiyi problem artıq həllini tapıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın icraçı direktoru Faiq Hacı-Məhərrəmov deyib.

“Kimyaçılar”ın funksioneri AFFA-nın dövlət tərəfindən ayrılmış vasaitin onların hesabına köçürüldüyünü bildirib.

Söhbət ötən mövsümə aid dotasiyanın son iki ayının pulundan gedir.

Belə ki, federasiya sənədlərdə uyğunsuzluq olduğunu deyərək, aprel-may ayları üçün nəzərdə tutulmuş məbləği “gənclik şəhəri” təmsilçisinə vermirdi.

Nəticədə “Sumqayıt”ın 450 min manat cıvarında pulu yığılıb qalmışdı.F.Hacı-Məhərrəmov bu barədə aşağıdakıları söyləyib: “

Əslində, burada ciddi bir problem yaranmamışdı. Sənədlərimiz qaydasında idi və onları da AFFA-ya təqdim etmişdik.

AFFA sənədləri bir daha yoxladı və qalan pulu ödədi. Biz də öz növbəmizdə məşqçi və futbolçularıən maaşını öz hesablarına köçürdük.

İndi hər şüy qaydasındadır və düşünürük ki, bir də belə halla üzləşməyəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti