8 yeni transfer edən Premyer Liqa klubu daha neçə legioner gətirir?

31 İyul 2023 19:00 Sumqayıt 2 208
8 yeni transfer edən Premyer Liqa klubu daha neçə legioner gətirir?

“Transferləri hələ bitirməmişik, iş gedir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın icraçı direktoru Faiq Hacı-Məhərrəmov deyib.

“Gənclik şəhəri“ təmsilçisi 2 aydır yeni heyət quruculuğu ilə ciddi məşguldur.

Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa, Roi Kahat, İsa Suliman, Oktavio Manteka (icarə, "ÇSKA 1948") – bunlar “kimyaçılar”ın ötən müddətdə sıralarına qatdığı yeni adlardır.

Klub funksioneri yaxın günlərdə dahabir neçə transferin gözlənildiyini bildirib:

“Dəqiq say söyləyə bilməyəcəm. Iki nəfər də ola bilər, üç nəfər də. Baş məşqçimiz Samir Abasovun istədiyi legionerlərlə danışıqlarımız gedir.

O, hansı mövqeləri gücləndirmək lazım olduğunu bizə söyləyib.

Bu yay komandanı xeyli legioner tərk etdi. Ayrılanların yerinə başqaları gəlməlidir.

Çalışırıq ki, bu işləri bir az da sürətləndirək. Premyer Liqada yeni mövsümün start götürməsinə az qalıb, ona kimi komandanı formalaşdırmaq istəyirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti