"Sumqayıt"ın yay fasiləsində heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi məlum olub.
Əldə etdiyimiz məlumata görə, "kimyaçılar" Estebon Orozco ilə danışıqlar aparır.
Son anda problem çıxmazsa, Estebonun keçidi yaxın günlərdə rəsmi açıqlanacaq.
Ekvatorial Qvineya əslli mərkəz müdafiəçisinin son klubu Rumıniya təmsilçisi "Kindiya" olub.
İspaniyada dünyaya gələn futbolçunun əvvəlki karyerası isə bütünlüklə bu ölkənin klubları ilə bağlıdır.
"Betis", "Utrera", "Antequera" və "Sant Rafel" kimi klubların formasın geyinib.
"Betis"in yetirməsi olan 25 yaşlı arxa xətt oyunçusu hazırda klubsuzdur.
O, ölkəsinin millisində keçirdiyi 21 oyunda 1 qolla yadda qalmağı bacarıb.
XANOĞLAN / SPORTİNFO.AZ

