Türkiyə toplanışını başa vuran "Sumqayıt" vətənə dönüb.
Amma heç də bütün legionerlər komanda ilə Azərbaycana qayıtmayıb.
Yeni transfer Erik Sorqa düşərgədən ayrılaraq Bolqarıstana gedib.
Bu da səbəbsiz deyil.
Baş məşqçi Samir Abasovun yetirmələrinə verdiyi 2 günlük istirahətdən istifadə edən estoniyalı forvard çalışdırıcıdan icazə alaraq Sofiyaya yollanıb.
O, hazırda adıçəkilən ölkədə yaşayan ailəsini Bakıya gətirəcək.
O, yalnız bundan sonra komandasının Sumqayıtdakı hazırlığına qoşula biləcək.
“Gənclik şəhəri” təmsilçisi son mövsümü “Lokomotiv”də (Plovdiv) keçirmiş estoniyalı hücumçu Erik Sorqu yayda heyətinə qatıb.
Onunla 1+1 illik müqavilə imzalayıb.
Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-ın “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub.
24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığmalarına da cəlb olunub.
XANOĞLAN / SPORTİNFO.AZ

