“Sumqayıt” geri dönür

28 İyul 2023 02:50 Sumqayıt 721
“Sumqayıt” geri dönür

“Sumqayıt” klubu Türkiyə toplanışını başa vurub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi bu gün gecə saatlarında Bakıya qayıdacaq.

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 16-da Erzuruma yollanan “gənclik şəhəri” təmsilçisi orada yerli komandalarla iki yoxlama görüşü keçirib.

Samir Abasovun komandası “Sivasspor”a 0:1, “Erzurumspor”a isə 3:4 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti