Azərbaycanlı referi idarə etdi, Türkiyə klubu 1:1-ə imza atdı - VİDEO

28 İyul 2023 01:10 Sumqayıt 1 120
Azərbaycanlı referi idarə etdi, Türkiyə klubu 1:1-ə imza atdı - VİDEO

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Rumıniyada ÇFR və Türkiyənin "Adana Demirspor" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi qarşılaşma ərzində 5 futbolçuya sarı vərəqə göstərib.

Məsiyev meydan sahiblərindən 2, qonaqlardan isə 3 futbolçunu cəzalandırıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Bu, Türkiyə təmsilçisinin avrokuboklarda ilk oyunu olub.

ÇFR (Rumıniya) - "Adana Demirspor" (Türkiyə) - 1:1
Qolar:
Sançes, 6 (1:0), Stambouli, 77 (1:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti