Türkiyə toplanışını başa vuran "Sumqayıt" bu gecə vətənə qayıdır.
Futbolçular yeni mövsümə hazırlığı doğma şəhərdə davam etdirəcək.
Sənədlərində yaranan problem səbəbindən qardaş ölkəyə gedə bilməyən Tresor Mossi də formalaşan yeni heyətdə yer alacaq.
Təxminən 2-3 məşq "kimyaçılar"ın düşərgəsində olan Burundin millisinin üzvü Abasovun diqqətin müsbət mənada çəkə bilib.
Və onunla bağlı yekun qərar verilib.
Afrikalı ilə yaxın günlərdə 1 illik müqavilə imzalancaq.
Mossi dayaq yarımmüdafiəçisidir. 21 yaşlı futbolçu ölkəsində "Aigle", Belçikada isə "Kaerjeng" və "Vesterlo" klublarında çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ

