Bugünlərdə «Neftçi»nin prezidenti postundan istefa verən Kamran Quliyev yenidən «Sumqayıt»a dönə bilər.
AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov onun «kimyaçılar»ın başına keçməsini istəyir.
Hazırda FİFA-nın Paris ofisində çalışan E.Məmmədov bu qayıdışı reallaşdırmaq üçün hərəkətə keçib. O, bu məqsədlə SOCAR təmsilçiləri ilə əlaqə qurub.
K.Quliyev «Sumqayıt»ın ilk prezidentidir. O, 6 ildən artıq müddətdə - 2018-ci ilin yazınadək «gənclik şəhəri» təmsilçisinə rəhbərlik edib.
Daha sonra «Neftçi»yə keçib, 5 il müddətində bu vəzifəni tutub.
«Sumqayıt»ın prezidenti vəzifəsini hazırda Riad Rəfiyev tutur.
SPORTİNFO.AZ

