Yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirən "Sumqayıt"ın düşərgəsində yüksək ab-hava hökm sürür.
Bunda futbolçuların paytaxt Bakıdan aldıqları şad xəbərin yeri isə xüsusidir
Belə ki, AFFA ötən mövsümdən klubun büdcəsinə köçürməli olduğu pulu uzun çək-çevirdən sonra nəhayət klubun hesabına yatırıb.
Klub rəhbərliyi isə vaxt itirmədən futbolçulara olan borcların hamısını ödəyib.
Söhbət ötən mövsümün son iki ayının maaşları və "Kəpəz"lə "Qarabağ" üzərində qazanılan qələbələrə görə vəd olunan mükafatlardan gedir.
SPORTİNFO.AZ

