"Sumqayıt"ın dəvət göndərdiyi hücumçu klubundan ŞİKAYƏT ETDİ

26 İyul 2023 14:40 Sumqayıt 1 534
"Sumqayıt"ın dəvət göndərdiyi hücumçu klubundan ŞİKAYƏT ETDİ

«Sumqayıt» danışıqlar apardığı Patrik Karvalyo Nonatanın yolunu bir müddət gözləməli olacaq.

Məsələ ondadır ki, son mövsümü «Erzeni»də keçirən braziliyalı hücumçu Albaniya klubunu məhkəməyə verib.

26 yaşı «sambaçı» aylardır əməkhaqqı ala bilməməsindən FİFA-ya şikayət edib. «Erzeni» isə məhkəməyə baş vuran forvarddan iki həftə vaxt istəyib və ödəmələri həyata keçirəndən sonra ona azad agent statusu verəcəyini vəd edib.

«Kimyaçılar» cənubi amerikalıya 1+1 illik müqavilə təklif eləyib.

Patrik ölkəsində «Qolas», «Sobradinyo», «Qolania», «Santa Kruz», URT, «Karlos Renaus», «Salqueyro» və «Fluminense»nin, həmçinin Uruqvayda «Sentral Espanol»un şərəfini qoruyub.

«Sumqayıt» bu yay estoniyalı hücumçu Erik Sorqa, israilli yarımmüdafiəçi Roi Kahat ,pakistanlı mərkəz müdafiəçisi İsa Suliman və braziliyalı yarımmüdafiəçi Oktavio Manteka ilə anlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti