Klub prezidenti: “Açılışı nə vaxt etsələr, ondan sonra ora köçəcəyik”

25 İyul 2023 20:00 Sumqayıt 1 025
Klub prezidenti: “Açılışı nə vaxt etsələr, ondan sonra ora köçəcəyik”

«Biz hamımız bu xəbəri almaq üçün səbrsizlənirik».

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev Sportinfo.az-a açıqlamasında belə deyib.

O, bir neçə il ərzində sökülüb yenidən tikilən Mehdi Hüseynzadə adına şəhər stadionunun tezliklə rəsmi açılışının olmasını gözlədiklərini bildirib:

«Şəhərin İcra Hakimiyyəti ilə daimi əlaqədəyik. Sıx əlaqələrimiz var. Stadion onların balansındadır.

«Mehdi Hüsynzadə» bir neçə ay öncə hazır vəziyyətə gətirilib. Bildiyimə görə, orada elə bir iş qalmayıb.

Stadionun istifadəyə verilməsi üçün lazım olan bütün işləri görüblər. Ancaq rəsmi açılışın niyə hələ də olmamasının səbəbi bizə məlum deyil.

Açılışı nə vaxt etsələr, ondan sonra ora köçəcəyik. Fikrimiz stadionu uzunmüddətli icarəyə götürməkdir.

«Sumqayıt» Sumqayıtın tək komandasıdır. Özünüz də görmüsüz ki, əksər oyunlarımız dolu tribunalar qarşısında keçir.

Bir çox hallarda azarkeşlər meydançanın kənarında, stadionun ətrafında qalır, boş yer olmur. Yenidən tikilən stadionun tutumu «Kapital Arena»dan xeyli böyükdür.

«Mehdi Hüseynzadə»yə köçsək, komandamız daha çox azarkeş önündə çıxış edə biləcək.

Bu şəhər futbolla yaşayır və biz də istəyirik ki, doğma azarkeşimizin dəstəyi sayəsində oynayaq, onları uğurlu nəticələrimizlə sevindirək».

Digər Xəbərlər
Xəbər Lenti