Azərbaycan klubundan 5-ci transfer – Braziliyalı hücumçu

23 İyul 2023 16:30 Sumqayıt 4 085
Azərbaycan klubundan 5-ci transfer – Braziliyalı hücumçu

«Sumqayıt» transfer bazarında fəallığı artırıb.

Yeni mövsümdə Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq istəməyən «kimyaçılar» 5-ci legionerlə anlaşmağa yaxındır.

«Gənclik şəhəri» təmsilçisinin dəvət göndərdiyi növbəti əcnəbi Patrik Karvalyo Nonatadır. Braziliyalının 26 yaşı var və hücum xəttində çıxış edir.

Cənubi amerikalı son mövsümü Albaniyada - «Erzeni»də keçirib. Ona 1+1 illik müqavilə təklif olunub.

Patrik ölkəsində «Qolas», «Sobradinyo», «Qolania», «Santa Kruz», URT, «Karlos Renaus», «Salqueyro» və «Fluminense»nin, həmçinin Uruqvayda «Sentral Espanol»un şərəfini qoruyub.

«Sumqayıt» bu yay estoniyalı hücumçu Erik Sorqa, israilli yarımmüdafiəçi Roi Kahat ,pakistanlı mərkəz müdafiəçisi İsa Suliman və braziliyalı yarımmüdafiəçi Oktavio Manteka ilə anlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti