Transfer çalışmaların davam etdirən "Sumqayıt" daha bir legionerlə anlaşma əldə edib.
"Kimyaçılar" braziliyalı Octavio Merlo ilə razılığa gəlib.
29 yaşlı yarımüdafiəçinin sonuncu klubu Bolqarıstan təmsilçisi CSKA 1948 klubu olub.
İspaniya vətəndaşlığı olan Merlo yarımmüdafiənin mərkəzi ilə bərabərə cinahlarında da çıxış edə bilir.
O, Bolqarıstanın "Lokomotiv Sofiya", "Beroe" klublarında çıxış edib.
"Botofaqo" yetirməsi ölkəsində "Volta", "Tupi", "ABC FK", Belçikada "KFCO Beerschot" və İtaliyada "Fiorentina" forması geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ

