Patrik Robson de Souza Monteyro karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
“Sumqayıt” ötən ilin yayında “Qəbələ”dən ayrılmış braziliyalı legionerin xidmətində maraqlıdır.
“Gəncliç şəhəri” təmsilçisi 2020-ci ilin yanvar-may ayları aralığında “qırmızı-qaralar”ın formasını geyinmiş “sambaçı”ya təklif göndərib.
“Qəbələ” mövsümün ikinci yarısında sıralarına qatdığı hücumçu ilə mövsümün sonunda yolları ayırmağı qərara alıb.
Adıçəkilən hücumçunu “Admira”dan (Avstriya) icarəyə götürən “qırmızı-qaralar” onunla 1,5 illik müqavilə imzalamışdı.
“Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış etmiş 25 yaşlı vinger peşəkar karyerasına Avstriyada başlayıb.
2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.
Cənubi amerikalı legioner burada ümidləri doğrultmadı. Şans qazandığı oyunların heç birində özünü göstərə bilməyən “sambaçı” anlaşmanın qarşılıqlı razılaşma əsasında pozulmasına razılaşdı.
Azərbaycandan Albaniyaya yollanan Patrik “Tirana”nın formasını geyinib. Burada 22 oyuna çıxan forvard 6 qol vurub.
SPORTİNFO.AZ

