Azərbaycan klubu problemlə üzləşdi, yeni legioner düşərgədən uzaq düşdü

21 İyul 2023 22:20 Sumqayıt 2 838
Azərbaycan klubu problemlə üzləşdi, yeni legioner düşərgədən uzaq düşdü

Türkiyədə hazırlığını davam etdirən "Sumqayıt" daha bir futbolçunun yolunu gözləyir.

Söhbət Sumqayıt toplanışında düşərgədə yoxlanışda olan Tresor Mossidən gedir.

Təxminən 2-3 məşq "kimyaçılar"ın düşərgəsində olan Burundin millisinin üzvü qardaş ölkədəki hazırlıqdan uzaq düşüb.

Buna səbəb afrikalının sənədlərində problem yaranmasıdır

Klub bütün cəhdlə çalışır ki, onun dönüşünü tezləşdirsin.

Mossi dayaq yarımmüdafiəçisidir. 21 yaşlı futbolçu ölkəsində "Aigle", Belçikada isə "Kaerjeng" və "Vesterlo" klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti