Kiprli legionerin Azərbaycan klubuna keçidi niyə yubanır?

19 İyul 2023 13:00 Sumqayıt 24 397
Kiprli legionerin Azərbaycan klubuna keçidi niyə yubanır?

Yeni mövsümə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirən "Sumqayıt" transfer çalışmalarını da unutmur.

"Kimyaçılar"ın heyətinə qatmaq istədiyi daha əcnəbinin kimliyi bizə məlum olub.

Söhbət Kiprin "AEL Limassol" klubunun müdafiəçisi Konstantinos Sotirioudan gedir.

Onun hazırkı klubu ilə gələn ilin yayına kimi müqaviləsi var.

Transferin gecikməsi də bu məqamla bağlıdır.

Kipr klubu keçiddən gəlir qazanmaq istəyir.

Tərəflər bu detalda anlaşa bilsə, yeni transfer qısa müddətdə klubun düşərgəsində olacaq.

28 yaşlı arxa xətt oyunçusu Kipr millisinin də üzvüdür.

O, "AEL"ə kimi "Olimpiakos", "Anorthosis", "Doxa", "Hapoel Haifa" və "Ael" klublarında çıxış edib.

Kiprli müdafiəçi karyerası ərzində 140 oyuna 6 qol vurub və 3 assist etməyi bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti