“Sumqayıt”ın həyatında yeni mərhələ - Üzv seçildilər

19 İyul 2023 01:00 Sumqayıt 832
“Sumqayıt”ın həyatında yeni mərhələ - Üzv seçildilər

"Sumqayıt" Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə ECA-dan kluba rəsmi müraciət daxil olub.

Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub.

Həmçinin qeyd olunub ki, "Sumqayıt" qurumun sentyabrda keçiriləcək Baş Assambleyasına dəvət olunacaq.

Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var.

Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.

2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır.

Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir. Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Qəbələ" hazırda qurumun üzvləridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti