"Builki məqsədimiz daha yaxşı yerlər uğrunda mübarizə aparmaqdır”.
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Sportinfo.az-a açıqlamasında belə deyib.
2018-ci ilin martından “gənclik şəhəri” təmsilçisinə rəhbərlik edən Rəfiyev növbəti mövsümə böyük ümidlərlə boylandıqlarını söyləyib.
Sitat: “Ötən sezon bizim üçün çox çətin keçdi. Premyer Liqanı səkkizinci yerdə bitirəcəyimizi gözləmirdik.
Ən pis halda beşinci-altıncı yerləri tutacağımızı fikirləşirdik. Bu dəfə isə birmənalı şəkildə yuxarı yerlərə iddialıyıq.
Bütün işlərimizi də bu istiqamətdə qurmuşuq. Hazırda komandanı gücləndiririk, yeni legionerlər gətiririk.
Samir Abasovla bu mövzuda tez-tez söhbət edirik. Baş məşqçimiz də keçənilkindən fərqli mövsüm keçirəcəyimizə böyük ümidlər bəsləyir.
Bilirsiz, “Sumqayıt” avrokuboklar görmüş klubdur. İki dəfə Konfrans Liqasında iştirak etmişik, təcrübə toplamışıq.
Şəhərimiz və azarkeşlərimiz o həyacanı yaşayıb. Biz istəyirik ki, həmin sevinci onlara bir daha yaşadaq”.

