“Bu problem iki aydan çoxdur var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın prezidenti Riad Rəfiyev deyib.
Xəbər verdiyimizi kimi, “kimyaçılar” 2 aydan çoxdur ödəmələrini ala bilmir. AFFA dövlət tərəfindən kluba ayrılan aylıq dotasiyadan 400 min manatı kəsib.
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə aprel ayının əməkhaqqısını alıb.
R.Rəfiyev yaydığmız bu xəbəri təsdiqləyib və problemin həllinə çalışdıqlarını bildirib:
“AFFA ilə daimi əlaqədəyik. Lazım olan bütün sənədləri onlara təqdim etmişik və indi cavab gözləyirik.
Burada bizlik nəsə yoxdur. Bütün sənədlərimiz qaydasındadır.
Ödənilməsini gözlədiyimiz məbləği mətbuata açıqlaya bilmərəm. Sadəcə, deyim ki, bizim üçün kifayət qədər yüksək məbləğdir.
Ümid edirik ki, məsələ yaxın günlərdə öz müsbət həllini tapacaq".

