Premyer Liqa klubu bu ökənin millsinin hücumçusu ilə necə anlaşıb?

17 İyul 2023 11:00 Sumqayıt 1 317
Premyer Liqa klubu bu ökənin millsinin hücumçusu ilə necə anlaşıb?

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçu keçidini reallaşdırıb.

“Gənclik şəhəri” təmsilçisi son mövsümü “Lokomotiv”də (Plovdiv) keçirmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.

Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-ın “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub.

24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığmalarına da cəlb olunub.

Onun “Sumqayıt”a gəlişi haqdaz ilk xəbər saytımıza məxsusdur. Baltikalı legioner Azərbaycanda ortabab səviyyədə pul qazanacaq.

Sorqanın burada aylıq gəliri 7000-7500 dollar təşkil edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti