“Təki hər şey yaxşı olsun, “Neftçi” uğur qazansın”

16 İyul 2023 23:40 Sumqayıt 960
“Təki hər şey yaxşı olsun, “Neftçi” uğur qazansın”

“İndiki halda xoş gələcək adına nəsə demək və düşünmək mümkün deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq müdafiəçisi Vojislav Stankoviç deyib.

Dörd il formasını geyindiyi “ağ-qaralar”dan ayrılan serbiyalı legioner bildirib ki, paytaxt klub yeni baş məşqçi tapmaqda, heyəti güclənməkdə gecikib.

Bu azmış kimi, Emin Mahmudov kollektivə yeni qoşulub, rəhbərlikdə mümkün dəyişikliklər qaçılmazdır:

“Bu cür qeyri-müəyyənliyin fonunda Konfrans Liqasında və növbəti çempionatda nəsə etmək mümkün olacaq?

Təki hər şey yaxşı olsun, “Neftçi” uğur qazansın. Ancaq neçə ildir futbolda olan biri kimi deyə bilərəm ki, hadisələrin bu cür gedişatı yaxşı heç nə vəd etmir.

Nələrin baş verdiyini anlamaqda çətinlik çəkirəm. Ötən il yaşananlar yenidən təkrarlanır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti