Prezidentdən Pakistan yığmasının müdafiəçisinin transferi haqda AÇIQLAMA

14 İyul 2023 16:00 Sumqayıt 1 431
Prezidentdən Pakistan yığmasının müdafiəçisinin transferi haqda AÇIQLAMA

Pakistan millisinin futbolçusu İsa Suliman karyerasını Azərbaycanda davam etdirəcək.

Bu haqda "Record" nəşri yazıb. Portuqaliya qəzeti xəbər verir ki, 25 yaşlı müdafiəçi "Sumqayıt"la anlaşıb.

Oyunçunun "Vitoriya"dan ayrılaraq, "gənclik şəhəri" təmsilçisinə keçəcəyi bildirilib. Sulimanın tezliklə rəsmi müqavilə imzalayacağı gözlənilir.

İyun ayından etibarən Pakistan yığmasına dəvət alan İsa Suliman İngiltərənin U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərində çıxış edib.

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Sportinfo.az-a açıqlamasında bu informasiyanı təsdiqləyib:

“Suliman danışıqlar apardığımız legionerlərdən biridir. Klubumuz onun xidmətində maraqlıdır.

Lakin hələ onunla müqavilə bağlamamışıq. Bu haqda danışmaq hələ tezdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti