"Sumqayıt" yeni mövsümün hazırlığın doğma şəhərdə davam etdirir.
2 gün sonra Türkiyəyə yola düşəcək kollektivə yeni simalar da qoşulmağa davam edir.
Belə ki, uzun müddətdir danışıqlar aparılan əcnəbilərdən ikisi artıq baş məşqçi Samir Abasovun sərəncamındadır.
Söhbət Estoniya millisindən Erik Sorgan və Burundi yığmasından Tresor Mossidən gedir.
Estoniyalı forvardın son klubu Bolqarıstan "Lokomotiv"i olub. 24 yaşlı hücumçu daha əvvəl ölkəsində "Flora", "Legion", ABŞ-da "Loudoun", "DC United" və İsveçin "Göteboq" klublarında forma geyinib.
Ölkəsinin aşağı yaş qrup millilərinin hamısında çıxış edən Erik əsas yığmada 26 görüşdə 4 qolla yadda qalıb.
Burundin millisinin üzvü olan Mossi isə dayaq yarımmüdafiəçisidir. 21 yaşlı futbolçu ölkəsində "Aigle", Belçikada isə "Kaerjeng" və "Vesterlo" klublarında çıxış edib.
Erik Sorgandan fərqli olaraq Mossi ilə hələ müqavilə imzalanmayıb. Abasov iştirak etdiyi 2 məşqdə razı qaldığı afrikalı ilə bağlı yekun qərarın Türkiyə toplanışında verəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

