"Sumqayıt" bu yay heyətinə qatdığı Orxan Sadıqlı ilə bağlı yaranmış problemi yoluna qoyub.
Belə ki, banklara ödənilməyən kredit borcları səbəbindən ölkədən çıxışına "stop" qoyulan qolkiperin Türkiyə toplanışına qatılması sual altındaydı.
Klub rəhbərliyinin köməyi ilə məsələ müsbət həllini tapıb.
.jpg)
30 yaşlı qapıçının adından qadağa götürülüb və futbolçunun qardaş ölkədə keçiriləcək təlim-məşq toplanışında iştirakı dəqiqləşib.
Eyni problem səbəbindən Sadıqlı ötən mövsüm "Kəpəz"də çıxış edərkən komandasının Türkiyədə baş tutan təlim-məşq toplanışına qatıla bilməmişdi.
XANOĞLAN / SPORTİNFO.AZ

