Premyer Liqa klubunda qeyri-müəyyənlik BİTDİ

13 İyul 2023 23:40 Sumqayıt 1 549
Premyer Liqa klubunda qeyri-müəyyənlik BİTDİ

"Sumqayıt" ötən ayın 26-sından yeni mövsümün hazırlığına start verib.

Komanda doğma şəhərdə gündəlik məşqlərin davam etdirir.

Komandanın gələcəyi ilə bağlı qeyri-müəyyənlikdə arxada qalıb.

Belə ki, toplanışın ikinci mərhələsi ölkə xaricinə gediş dəqiqləşib.

Halbuki heyətin kasad olması səbəbindən ölkədən çıxış sual altındaydı.

Burada yoxlama oyunu keçirilməməsi də eyni səbəbdən idi.

Kollektiv 16 iyul qardaş ölkəyə yola düşəcək.

11 günlük təlim-məşq toplanışında 3 yoxlama matçının keçirilməsi nəzərdə tutulub.

Yeni transferlər də məhz Türkiyədə Abasovun sərəncamında olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti