“Xaricə getmədim - Qalmağımı klub da istəyirdi, mən də”

13 İyul 2023 23:20 Sumqayıt 1 553
“Xaricə getmədim - Qalmağımı klub da istəyirdi, mən də”

Yay fasiləsində “Sumqayıt”ı 10-a yaxın futbolçu tərk elədi.

Murad Xaçayevin də adı gedənlər arasında olduğu iddia olunurdu.

Gözlənilənlərin əksinə, o, son anda müqavilənin müddətini uzatdı. 25 yaşlı yarımmüdafiəçi 2+1 illik sözləşmə imzaladı.

"Şaxtyor"un (Donetsk) yetirməsi olan Xaçayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. O, bu müddət ərzində 84 qarşılaşmada meydana çıxıb və 6 qola imza atıb.

Maraqlıdır, onu yenidən burada qalmağa nə vadar etdi? Səbəbkar bu haqda Sportinfo.az-a deyib:

"2-3 yerli və bir əcnəbi klubdan təklif almışdım. Amma ölkə xaricindəki klubu gözləmək lazım idi.

Gördüm ki, zaman az qalıb, çox da uzatmaq istəmədim. "Sumqayıt"da qalmağa qərar verdim.

Doğma komandamdır. Neçə illərdir burda oynayıram.

Qalmağımı klub da istəyirdi, mən də. Yekunda işbirliyimiz davam etdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti