“Sumqayıt”ı dörd bir tərəfdən “mühasirə”yə alan maliyyə çətinliyinin səbəbi məlum olub.
İki aydan çoxdur ödəmələrini ala bilməyən “kimyaçılar” AFFA tərəfindən müəyyənləşdirilən qaydalara barmaqarası yanaşıb.
Belə ki, “gənclik şəhəri” təmsilçisinin rəsmiləri kluba ayrılmış vəsaitin bir hissəsini nağdlaşdırıb, amma həmin məbləğin hansı istiqamətlər üzrə xərclənməsinə dair sənədləri təqdim etməyib.
Odur ki, federasiya dövlət tərəfindən kluba ayrılan aylıq dotasiyadan 400 min manatı kəsib.
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə aprel ayının əməkhaqqısını alıb.
SPORTİNFO.AZ

