“İndiki işimizi nə qədər tez qura bilsək, bu, bizə yaxşı ümid verəcək”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
“Kimyaçılar”ın çalışdırıcısı xatırladıb ki, ötən mövsüm çətin dönəmdə komandanın başına keçib və çətinlik olsa da, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirib:
“Yerli publika yeni mövsümdə bizdən nə gözləsin? İstədiyimiz heyəti qursaq, bəhrəsini görə biləcəyik.
“Pis quracağıq” deyə bir şey də yoxdur. Sadəcə, burada bəxt amili var, yenilərin adaptasiya olması var.
Bunları adlaya bilsək, yaxşı "Sumqayıt" görə biləcəyik. Ən azı, keçənilki olmayacaq”.

