Klub prezidenti boş qalan vəzifəyə kimi gətirmək istəyir?

10 İyul 2023 21:00 Sumqayıt 1 155
Klub prezidenti boş qalan vəzifəyə kimi gətirmək istəyir?

“Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəri Gündüz Abbaszadə bundan sonra “Sumqayıt”da çalışa bilər.

“Gənclik şəhəri” təmsilçisi Rəşad Məmmədovdan boşalan vəzifəyə onu gətirmək niyyətindədir.

İş yerini “Səbail”ə dəyişən sabiq press-ateşeni kimin əvəzləyəcəyinə yaxın günlərdə aydınlıq gəlməlidir.

Bu yerə 2-3 nəfər düşünülüb. Sadəcə, klubun prezidenti Riad Rəfiyev ən çox Gündüz Abbaszadənin üzərində dayanıb.

Ötən ayın əvvəlində Ağdam klubundan ayrılan funksioner hazırda işsizdir. Onun öncələr “Neftçi”də də eyni vəzifəni tutmasını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti